“Rusiyanın ətəyindən möhkəm yapışmalıyıq” – Ruben Safrastyanbackend

“Rusiyanın ətəyindən möhkəm yapışmalıyıq” - Ruben Safrastyan

“Rusiyanın Cənubi Qafqaz regionunu tərk etməsi ilə bağlı səsləndirilən fikirlər həqiqətdən uzaqdır”.

KONKRET.az xəbər verir ki, bunu erməni şərqşünas Ruben Safrastyan deyib:

“Rusiyanın regionu tərk etmək fikiri yoxdur. Görünən odur ki, Rusiyanın bölgədəki mövcudluq forması dəyişir. Rəsmi Moskva Azərbaycanı da özünün müttəfiqi hesab edirvə bəzi hallarda Bakı müttəfiq kimi özünü doğruldur. Bu sadəcə olaraq regionda Rusiya siyasətinin reallıqlarıdır”.

Ekspert Ermənistan hakimiyyətinin Rusiyaya yönəlik siyasətini “lüzumsuz” adlandırıb: “Unutmaq olmaz ki, hələ də  Rusiyadan asılı vəziyyətindəyik. Rusiya əleyhinə aparılan kampaniya Ermənistanın KTMT-dən çıxması, eləcə də Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə yekunlaşa bilər. Rusiya hərbi bazası Gümrüdən çıxarılsa, Ermənistan ciddi sınaqlarla üzləşə bilər. Ona görə də Ermənistan Rusiyanın ətəyindən möhkəm yapışmalıdır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*