Fransanın Marsel şəhərində Rusiyanın Baş Konsulluğunda partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə baş konsul Stanislav Oranski “La Marseillaise” nəşrinə açıqlamasında deyib.
BFMTV kanalı isə məlumat yayıb ki, konsulluğun ərazisinə iki ədəd “Molotov kokteyli” atılıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova hadisəni terakt adlandırıb.