Rusiyanın hansı vəziyyətə düşəcəyini zaman göstərəcək – AÇIQLAMAbackend

Rusiyanın hansı vəziyyətə düşəcəyini zaman göstərəcək - AÇIQLAMA

Ukrayna ərazisinə təcavüz edən Rusiya ilə Qərb arasında münasibətlər getdikcə daha da pisləşir. Bu günlərdə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild  Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan məhrum edilməyəcəyini söyləyib. O bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının daimi üzvüdür. Biz bunu dəyişə bilmərik. Amma biz Kremli bu mövqedə təcrid edə bilərik. Və biz onları Təhlükəsizlik Şurasından təcrid etdik.

Maraqlıdır, BMT rəsmisi bu fikirləri ilə nə demək istəyir? Rusiyanın təcridi hansı formada baş tuta bilər?

 

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Əziz Əlibəyli bildirib ki, BMT-nin qurulması beş daimi üzvün nüfuzu əsasında baş tutub:

“Həmin dövlətlər BMT-nin Təhlükəsizlik Şurasının əsas üzvləridir. Rusiya daimi üzv kimi hər zaman veto haqqından istifadə edə bilər. Belə olan halda Rusiyaya qarşı BMT səviyyəsində sanksiya qoymaq mümkün deyil. Yəni Rusiyanı bu təşkilatdan çıxarmaq mümkün deyil. Məsələnin mahiyyəti bu istiqamətdə açıqlanmalıdır”.

 

Politoloq bildirib ki, Rusiyanın təslimiyyəti sanksiyalar vasitəsilə mümkün ola bilər.

“Ukraynadakı uğursuzluqların davam etməsi rus ordusunun və silahlanmanın zəif olmasını göstərir. İqtisadi sanksiyalarla və real pul kütləsinin hərəkətini dayandırmaqla Rusiyanı təcrid etmək olar. Lakin Qərb Rusiyanı tam olaraq təslim edə bilmir. Müharibənin davam etməsinə baxmayaraq Avropaya gedən neft-qaz kəmərləri fəaliyyətdədir. Hətta Ukrayna özü də bunu dayandırmayıb. Bu mənada məsələni təkcə bəyanatlara əsaslanaraq, səthi qiymətləndirmək olmaz. Hesab edirəm ki, müharibənin taleyi barədə danışmaq tezdir. Rusiyanın hansı vəziyyətə düşəcəyini isə zaman göstərəcək”, – deyə politoloq vurğulayıb.

 

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*