“Rusiyanın iki hərbi gəmisi Bakıya gəldi” – MNbackend

"Rusiyanın iki hərbi gəmisi Bakıya gəldi" - MN

Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib.

Bu barədə KONKRET.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

Səfər çərçivəsində, gəmi heyətlərinin mədəni və tarixi abidələrlə tanışlıq üçün Bakı şəhərində gəzintisi, o cümlədən idman yarışı üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*