Rusiya Federal Hava Nəqliyyatı Agentliyi yanvarın 21 səhər tezdən Kazan və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini elan edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, hər iki hava limanı uçuşların qəbulunu və yola salınmasını dayandırıb. İdarədən verilən məlumata görə , uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava limanlarının fəaliyyəti məhdudlaşdırılıb. Məlumatda daha sonra bildirilir: “Təyyarə ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər”. Xatırladaq ki, dünəndən İjevsk hava limanında da müvəqqəti məhdudiyyətlər tətbiq edilib .
Vəli Həsənoğlu,
KONKRET.az