“Cəbhənin cənub istiqamətindəki döyüşlərdə Rusiya ordusunun itkiləri Ukraynanın itkilərindən dəfələrlə çoxdur”.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
O bildirib ki, işğalçılar (Rusiya əsgərləri – red.) orada ukraynalı əsgərlərdən 5,3 dəfə çox ölür.
Malyar əlavə edib ki, Ukrayna SQ Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatlarını davam etdirir.