Rusiyanın neft-qaz gəlirləri rekord həddə azaldı – ŞOK ÇÖKÜŞbackend

Rusiyanın neft-qaz gəlirləri rekord həddə azaldı - ŞOK ÇÖKÜŞ

Rusiya Federasiyasının Maliyyə Nazirliyi 2025-ci ilin yanvar–iyul ayları üzrə dövlət büdcəsinin neft-qaz sektorundan əldə etdiyi gəlirlər barədə rəsmi məlumat yayıb.

KONKRET.az bildirir ki, nazirliyin açıqlamasına əsasən, bu dövrdə neft və qaz satışından büdcəyə daxil olan vəsait 5 trilyon 522 milyard rubl (təxminən 69 milyard ABŞ dolları) təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz azalma deməkdir.

Maliyyə Nazirliyi gəlirlərin azalmasına səbəb kimi dünya bazarında neftin orta satış qiymətinin aşağı düşməsini göstərib.

Qeyd edək ki, Rusiya üçün enerji ixracından əldə olunan gəlirlər büdcənin əsas mənbələrindən biri hesab olunur. Belə bir azalma ölkənin maliyyə sabitliyi və iqtisadi planlamaları üçün əhəmiyyətli risklər yarada bilər.

Hazırda Rusiya hökuməti büdcə kəsirinin artmasının qarşısını almaq üçün əlavə tədbirlər görmək zərurəti ilə üz-üzədir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*