Rusiyanın PUA zərbəsi: Azərbaycan şok cavab hazırlayırbackend

Rusiyanın PUA zərbəsi: Azərbaycan şok cavab hazırlayır

Rusiyanın Ukraynada Azərbaycana məxsus neft və qaz infrastrukturlarına ardıcıl zərbələr endirməsi narahatlıqla qarşılanır. Caliber.az-ın mənbələrdən əldə etdiyi məlumata görə, Moskva Bakının maraqlarına qarşı aqressiv siyasətini davam etdirərsə, Azərbaycan öz arsenalındakı silahların Ukraynaya tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsini nəzərdən keçirəcək.

İki ölkə arasında davam edən gərginlik onunda Bakının artıq Moskvanın hərəkətlərinə daha ciddi reaksiyalar verəcəyi bildirilir.

Azərbaycanın Ukraynaya silah göndərməsi hansı halda mümkündür? Bu, Rusiyada necə qarşılanacaq?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Rusiyanın Ukraynada Azərbaycana məxsus neft və qaz infrastrukturuna zərbələr endirməsi Bakı-Moskva münasibətlərində gərginliyin davam etdiyini göstərir:

“Təbii ki, bu hadisələr Azərbaycanın milli təhlükəsizliyi və enerji maraqlarına birbaşa təhdiddir.

İlkin olaraq qeyd edim ki, ölkəmizin Ukraynaya silah göndərməsi beynəlxalq hüquqa zidd deyil. Bu addım hər bir dövlətin suveren qərarvermə hüququ çərçivəsində həyata keçirilə bilər.

Azərbaycan heç bir münaqişədə tərəf olmadığı kimi, Rusiya-Ukrayna müharibəsində də hər zaman ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirib. Bu mövqeyin əsas təcəssümü də tərəflər arasında danışıqların davam etdirilməsinin vacibliyinin hər zaman açıq və konkret ifadə olunmasıdır. Ona görə də Rusiyanın bütün aqressiv və əsassız çıxışlarına baxmayaraq, Azərbaycanın hər zaman olduğu kimi, təmkinli və praqmatik addımlarını davam etdirəcəyini düşünürəm. Amma Kremldən təhdidlər davam etdiyi halda, Bakının adekvat cavab addımlarının olacağı istisna edilməməlidir.

Çünki Azərbaycanın balanslaşdırılmış xarici siyasətində hər zaman öz milli maraqları əsas götürülür. Deməli, əgər Rusiya Cənubi Qafqazda Azərbaycanın enerji infrastrukturunu təhdid etməyə davam edərsə, rəsmi Bakı da öz maraqlarını qorumaq üçün daha sərt və prinsipial addımlar atmaq hüququnu özündə saxlayır.

Nəticə etibarilə, Azərbaycanın Ukraynaya silah dəstəyi ehtimalı real geosiyasi kontekstdə qiymətləndirilməlidir və bunun Rusiyanın gələcək addımlarından birbaşa asılı olduğu unudulmamalıdır. Çünki hər bir dövlət üçün onun milli maraqları, enerji təhlükəsizliyi və suverenliyi dəyişməz prioritet olaraq ifadə edilə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*