Rusiyanın Ermənistanın Sünik vilayətinin Qafan şəhərindəki Baş Konsulluğu 2024-cü ilin əvvəlinə kimi fəaliyyətə başlaya bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Qafanda baş konsulluğun açılması üzrə qabaqcıl qrupunun rəhbəri Andrey Şanin bildirib.
Bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin Rusiyanın Qafan şəhərində Baş Konsulluğunun yaradılması haqqında fərman imzalayıb.