Rusiyanın Sibir ərazisinə ilk dəfə PUA hücumu olub.
KONKRET.az xəbər verir ki, Ukrayna bu gün İrkutsk vilayətində yerləşən aviabazaya dron hücumu həyata keçirib.
Rusiya teleqram kanallarının yaydığı məlumata görə, İrkutskda yanacaq doldurma məntəqəsinin yaxınlığında park edən yük avtomobilində çoxlu sayda dron havaya qalxıb.
Eyni vəziyyət Rusiyanın Murmansk vilayətində də təkrarlanıb. Park edilmiş yük avtomobilində çoxlu sayda PUA havaya qalxıb.
PUA-ların hədəfinin İrkuts və Murmanskda yerləşən aviabazalar olduğu, Rusiya Hava Kosmik Qüvvələrinin çoxlu sayda döyüş təyyarələrinə zərər vurduğuna dair məlumatlar yayılıb.
Onu da qeyd edək ki, Murmansk vilayətinin Olenaqorsk şəhərind və İrkuts vilayətinin Belaya hərbi aerodromlarına PUA zərbələri endirilib və nəticədə yanğın baş verib. Hər iki hərbi aerodromda Rusiya ordusunun strateji aviasiyası yerləşir.