Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Şimali Koreyadan Rusiyaya silah daşımaq üçün istifadə edilən Trans-Sibir Dəmir Yolunun bir hissəsində təxribat törədildiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə GUR-un Teleqram-dakı açıqlamasında bildirilib.
Agentliyin məlumatına görə, Trans-Sibir Dəmir Yolunda partlayış 13 noyabrda Xabarovsk diyarının Sosnovka kəndi yaxınlığında baş verib. Nəticədə dəmir yolunda yük qatarlarının hərəkəti dayandırılıb.
GUR qeyd edib ki, Trans-Sibir Dəmir Yolu Rusiyanın əsas dəmir yolu xətlərindən biridir və Şimali Koreyadan təchizat da daxil olmaqla silah və sursat daşımaq üçün istifadə olunur.
Kəşfiyyat məlumatlarına görə, əməliyyat zamanı yük qatarı relsdən çıxıb və relsə zərər verib.
Müşviq Tofiqoğlu
KONKRET.az
