Tanınmış rusiyalı aktyor və rejissor Viktor Merejko 84 yaşında vəfat edib.
KONKRET.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Viktor Merejkonun senarilərinə əsasən, “Qohumlar”, “Vətəndaş Nikanorova sizi gözləyir”, “Tənha qadın sizinlə görüşmək istəyir”, “Yuxuda və reallıqda uçuşlar”, “”Pinqvin Lolo-nun sərgüzəştləri”” kimi filmlər çəkilib.