Rusiyanın xarici borcu tarixdə ən aşağı səviyyəyə DÜŞDÜbackend

Rusiyanın xarici borcu tarixdə ən aşağı səviyyəyə DÜŞDÜ

Bu ilin birinci rübündə Rusiyanın ÜDM-ə nisbətdə xarici borcun səviyyəsi tarixdə ən aşağı həddə düşüb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, hazırda bu 15 faizdir.

Məlumata görə, ötən ilin sonunda ölkədə ÜDM-ə nisbətdə borcun həcmi 16,6% təşkil edib. Birinci rübdə bu göstərici azalmaqda davam edərək 15,45%-ə düşüb. Martın sonunda Rusiyanın həm korporativ, həm də hökumətin xarici borcu 354,8 milyard dollar olub.

Qeyd edək ki, ölkədə xarici borcun maksimum səviyyəsi 1999-cu ildə müşahidə olunub və 91% təşkil edib. 2022-ci ildə Rusiyanın dövlət borcunun son üç ildə ilk dəfə azaldığı bildirilirdi.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*