Mayın 30-da səhər saatlarında Rusiyanın Vladivostok vilayətindəki Desantnaya körfəzi ərazisində iki partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, partlayışdan sonra hadisə yeri xüsusi xidmət orqanları tərəfindən mühasirəyə alınıb:
“Bu gün səhər tezdən Vladivostokda Desantnaya körfəzi ərazisində iki partlayış baş verib. Hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub. Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb”.