Rusiyapərəstlərin TEZİSİ: “Paşinyana dedilər ki…”backend

Rusiyapərəstlərin TEZİSİ: “Paşinyana dedilər ki…”

Ermənistanda Paşinyanın siyasəti sərt tənqid olunur və onu Qarabağı verməkdə ittiham edirlər. Buna görə də erməni mətbuatında mütamadi olaraq baş nazir haqqında tənqidi yazılar dərc olunur.

KONKRET.az oxucuları üçün maraqlı olacağını nəzərə alıb həmin məqalələrdən birini təqdim edir.

“Ona dedilər: “Qarabağdan uzaq dur, bu sənin işin deyil, hər şeyi məhv edəcəksən”. Amma o, Qarabağdakı kadr məsələlərini həll etməyi, Qarabağın prezidentinin kim olacağına qərar verməyi, Şuşada içki içməyi və rəqs etməyi xoşlayırdı.

Ona dedilər: “Sizin danışıqlar prosesindən anlayışınız yoxdur. Keçmiş siyasi rəhbərliklə məsləhətləşin, onların böyük təcrübəsi var, prosesi necə aparmağı onlar sizdən yaxşı bilirlər”.

Amma o, cavab verdi ki, danışıqlar prosesinə öz sıfır nöqtəsindən başlayacaq və heç kimi yaxın buraxmayacaq. Onun masasına nizamlanma layihəsi qoyuldu. Bu, Azərbaycanın sülh müqabilində ərazi düsturu və erməninin status müqabilində ərazi düsturu idi. Qarabağ ətrafında sülhməramlı qüvvələrin və bu rayonların BMT-nin himayəsi altında yerləşdirilməsi ilə Kəlbəcər və Laçın istisna olmaqla, beş rayonun Bakının nəzarətinə verilməsi təklif edilirdi. Kəlbəcər və Laçın Qarabağın statusu müəyyən edilənə qədər Ermənistanın nəzarətində qalırdı. Amma o, bütün bunların cəfəngiyyat olduğunu dedi: “Qarabağ Ermənistandır və nöqtə” – dedi.

Onlar ona dedilər: “Sən müharibədə uduzursan, çoxlu itkimiz var, hərbi əməliyyatları dayandırmaq, böyük itkilərə yol verməmək şansı var, xüsusən də Şuşa Ermənistanın nəzarətində qalacaq”. Amma o cavab verdi: “Xeyr, döyüşəcəyik”.

Sonra ona xatırladılıb ki, Üçtərəfli Bəyannaməyə uyğun olaraq, Rusiya Sərhəd Qoşunlarının nəzarəti altında Azərbaycandan Naxçıvana dəhliz açılmasına razılıq ver. O da buna razı olaraq bəyannaməyə imza atıb. Bu bəndin həyata keçirilməsi Laçın dəhlizinin fasiləsiz fəaliyyətinə töhfə verəcəkdi ki, bu da Qarabağ ermənilərinin normal yaşayışını təmin edəcəkdi. Lakin o cavab verdi ki, tranzit yalnız onun şərtləri ilə, Ermənistanın suverenliyinə tam hörmətlə ola bilər. İndi o, Bakıya ən sərfəli şərtlərlə bir deyil, bir neçə “tranzit” verməyə hazır olduğunu deyir.

Onlar ona dedilər: “Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıma, bu səhvdir. Sən bununla nəinki Qarabağ problemini bağlayırsan, həm də Rusiya sülhməramlı kontingentinin onsuz da qeyri-müəyyən olan mandatını şübhə altına alırsan”. Amma o, bu dəfə “Qarabağ Azərbaycandır” dedi. Bakı bu gün deyir ki, sülhə qarşı deyil, amma Ermənistandakı “revanşist əhval-ruhiyyələrə” qarantiya lazımdır, sərhəd məsələsini isə aydınlaşdırmağa dəyməz, yaxşı olar ki, bunu sonraya buraxaq.

Onlar ona deyirlər ki, Qarabağ xalqının öz vətənlərinə, öz evlərinə qayıtması, Qarabağda erməni ruhunu saxlamaq üçün 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən azərbaycanlı qaçqınların Ermənistana qayıtmasına razılıq vermək lazımdır. Amma o deyir ki, bu, eskalasiyaya səbəb ola bilər, ən yaxşısı Qarabağ ermənilərini Ermənistana inteqrasiya etməkdir.

Bunun sonu necə olacaq? Çünki ermənilər Qarabağa qayıtmayacaq, onların bir qismi daha yaxşı həyat axtarışında Ermənistanı tərk edəcək. Daha sonra azərbaycanlılar anklavlara qayıtmağa başlayacaqlar.

Onlar ona deyirlər: “Xalqa və ölkəyə əzab verməyi dayandır, hər şey uğursuzluğa düçar oldu. Qarabağ erməniləri vətənlərini itirdi, indi get”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*