“Rusiya bu gedişlə illərlə vaxt itirə, nəticədə müharibə 2026-cı ilə qədər uzana bilər”.
KONKRET.az Globalinfo.az-ya istinadən xəbər verir ki, bu barədə CNN-nin yayımladığı məlumatda qeyd edilib.
Bildirilib ki, Ukraynada artıq bir neçə aydır Rusiyanın növbəti genişmiqyaslı hücumu müzakirə mövzusudur. Bu hücumun əsas hədəfi Donbas bölgəsi ilə yanaşı, ölkənin cənub vilayətlərinin tam ələ keçirilməsidir:
“Hələlik hücum təsiredici xarakter daşımır. Lakin rus qoşunları bəzi ərazilərdə irəliləyişə nail olub və bəzi istiqamətlərdə hərbi qüvvələrin sayını artırıblar”.
Bildirilir ki, Rusiya ordusu 1200 kilometrlik cəbhə xəttinin bir neçə istiqamətində hücumları davam etdirir.
CNN hesab edir ki, ABŞ-da Tramp administrasiyasının atəşkəs danışıqlarına daha az maraq göstərməsi də müharibənin bu ilin sonuna və hətta 2026-cı ilə qədər uzanması ehtimalını gücləndirir.