Rusiyaya getmək istəyən ermənilər yenə də Paşinyan hökumətinin qarşısına toplaşdılarbackend

Rusiyaya getmək istəyən ermənilər yenə də Paşinyan hökumətinin qarşısına toplaşdılar

Rusiyaya getmək istəyən Ermənistan vətəndaşları yenidən hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.

KONKRET.az xəbər verir ki, sərhədlər açılana qədər “vuruşacaqlarını” deyirlər. Hökumət hələ onların probleminə cavab verməyib.

“Heç kim enib suallarımızı cavablandırmadı. Burada elə ailələr var ki, onlar üçün bir gün belə vacibdir, işlərini itiriblər, bankların qara siyahısına salınıblar”. Etirazçı belə deyib.

Onlardan biri Parlamentə yürüş etməyi planlaşdırdıqlarını, bundan sonra hökumətin bağ evlərinə gedəcəklərini söyləyib.

“Başa düşməlidirlər ki, bu insanlar günlərlə oturub problemin həll olunmasını gözləyə bilməzlər. Uşaq gəlib deyir: “Mən atamı görmək istəyirəm”. Belə olmaz. Bu problemi hansısa formada həll etməliyik. Bir neçə avtobus versinlər, möhürləyəcəyik ki, heç kim yolda düşməsin, heç olmasa quru yolla gedib çataq. Xərcləri ödəyəcəyik” deyə etirazçılar bildiriblər.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*