Rusiyaya getmək istəyənlərin nəzərinə – Bu şəxslərin girişinə icazə verilməyəcəkbackend

Rusiyaya getmək istəyənlərin nəzərinə - Bu şəxslərin girişinə icazə verilməyəcək

Rusiya Dövlət Duması miqrantların ölkəyə daxil olarkən tibbi arayış təqdim etməsini nəzərdə tutan yeni qanun layihəsi irəli sürüb.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bu təşəbbüs fraksiyalararası formatda hazırlanaraq parlamentə təqdim olunub.

Deputat Yaroslav Nilovun sözlərinə görə, Rusiya hazırda kadr çatışmazlığı ilə üzləşdiyindən xaricdən işçi qüvvəsi cəlb etməyə məcburdur. Lakin bu prosesin sağlamlıq təhlükəsizliyi çərçivəsində aparılması zəruridir.

Yeni təklifə əsasən, miqrantlar Rusiya Federasiyasına daxil olarkən yalnız tibbi sığorta sənədi deyil, eyni zamanda HİV, hepatit B və C, vərəm və sifilis kimi yoluxucu xəstəliklərin olmadığına dair yenilənmiş tibbi arayış təqdim etməlidirlər.

Bundan əlavə, narkotik və psixotrop maddələrin istifadəsi ilə bağlı test nəticələri də miqrantın sənəd paketinə daxil edilməlidir. Nilov bildirib ki, bu sənədlər təqdim edilmədiyi halda, həmin şəxsin ölkəyə girişinə icazə verilməyəcək.

Qeyd edək ki, bu addım qeyri-qanuni miqrasiyanın qarşısını almaq və ictimai sağlamlığı qorumaq məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*