Sovet pilotu Valeri Çkalovun nəvəsi Daria Boqdanova onlayn debatda Moskvanı nüvə silahı ilə vurmağın zəruri olduğunu bildirib. O, həmçinin zərbəyə sponsorluq etməyə hazır olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
İsrail vətəndaşı olan Boqdanova anası və nənəsi də daxil olmaqla, nüvə partlayışından əziyyət çəkəcək rusiyalıların taleyini düşünmədiyini deyib.
Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov buna reaksiya verib. O bildirib ki, Boqdanovanın Moskvaya nüvə zərbəsi endirmək çağırışı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (Vətənə xəyanət) təftiş edilməlidir.
Rusiyalı senatorun sözlərinə görə, buradan çıxan əsas nəticə ondan ibarətdir ki, Rusiyada vətənpərvərliklə məşğul olmaq lazımdır: “Əsas məsələ bu korrupsioner fiqurlarla söz atmaq yox, 90-cı illərdə yol verilmiş səhvləri düzəltmək olmalıdır. Ölkədə təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsi genişlənməlidir. Hər şey buradan başlayır. Əgər dərs almasaq, təəssüf ki, bu faktlar davam edəcək”.
Qeyd edək ki, Valeri Çkalov Sovet pilotu, Sovet İttifaqı Qəhrəmanıdır. Təyyarə ekipajının komandiri kimi o, 1937-ci ildə Şimal qütbü üzərində Moskvadan Vankuverə ilk fasiləsiz uçuşu edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az