“Ruslar getsə, Qarabağda ermənilər qalmayacaq” – ŞOK AÇIQLAMAbackend

"Ruslar getsə, Qarabağda ermənilər qalmayacaq" – ŞOK AÇIQLAMA

Ermənistanın ilk prezidenti olmuş Levon Ter-Petrosyan hesab edir ki, rus hərbçiləri 5 ildən sonra Dağlıq Qarabağı tərk etmək niyyətində deyillər.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, Petrosyan “Rus sülhməramlıları Dağlıq Qarabağı tərk etsələr, orada erməni qalmayacaq”  fikirləri ilə ölkə gündəmini zəbt edib.

Petrosyanın sözlərinə görə, ermənilərin 95 faizi 5 il ərzində rus sülhməramlılarının Qarabağı tərk edəcəyinə əmindir.

Petrosyan Rusiya ilə nəqliyyat dəhlizinin açılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan Naxçıvana, Ermənistan isə Rusiyaya dəhliz girişi əldə etməyə çalışır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*