Rusiya ordusu Zaporojye vilayətində cəzaçəkmə müəssisəsini vurub.
KONKRET.az xəbər verir ki, bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.
“Düşmən gecə ərzində FAB-larla Zaporojyeni 8 dəfə atəşə tutub. Cəzaçəkmə koloniyası vurulub və nəticədə 16 nəfər ölüb, 35 nəfər yaralanıb”, – Fyodorov bildirib.