Rusiyanın Belqorod və Kursk vilayətlərində ərazi özünümüdafiə döyüşçülərinə silahlar verilir.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov atəş və psixoloji hazırlıq keçən döyüşçülərə atıcı silahlar verib. Həmçinin gələcəkdə onlar Milli Qvardiya və Müdafiə Nazirliyi ilə birgə atıcılıq təlimlərində iştirak etməli olacaqlar.
Kursk vilayətinin qubernatoru Roman Starovoit bir neçə aydır ki, könüllülərin silahla təmin olunması məsələsini həll etməyə çalışdıqlarını bildirib.
Prezidentin sözçüsü Dmitri Peskov bildirib ki, silahların verilməsi qanuna uyğun olaraq və bu sərhəd bölgəsində yerlərdə mövcud olan vəziyyətlə əlaqədar baş verir. O, həmçinin bildirib ki, Kreml silahın yanlış əllərə keçə biləcəyindən qorxmur.
Burhan,
KONKRET.az