Ruslar tonlarla qızıl külçələri alırbackend

Ruslar tonlarla qızıl külçələri alır

Varlı ruslar Ukraynadakı müharibə fonunda tonlarla qızıl külçələr alır.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, ilin əvvəlindən VTB müştəriləri təxminən 23 ton, “Promsvyazbank” isə 7 ton bar alıb.

“Sberbank” satılan investisiya qızılının dəqiq həcmini açıqlamayıb, lakin ona olan tələbatın 2022-ci ilin ortaları səviyyəsində qaldığını qeyd edib.

VTB-də bir əməliyyatın orta “çəkisi” üçdə bir artaraq 17,7 kq-a çatıb. “Qazprombank” da son bir neçə ayda qızıl əməliyyatlarının həcmində artım qeydə alıb.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ildə ruslar 75 tondan çox qızıl külçə alıblar ki, bu da 2021-ci ilin göstəricisindən 15 dəfə çoxdur. Tələbin kəskin artmasına 2022-ci il martın 1-dən fiziki şəxslər tərəfindən qızıl külçələrinin alınmasına 20% ƏDV-nin ləğvi kömək edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*