Ruslar Türkiyədə pis durumda: xəbərdarlıq edildibackend

Ruslar Türkiyədə pis durumda: xəbərdarlıq edildi

Rusiyalı turistlər Türkiyə çimərliklərində virusa yoluxublar.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “Life SHOT” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlər dənizdə çimdikdən sonra sağlamlıqlarının kəskin şəkildə pisləşməsindən şikayətləniblər.

“Xəstələrdə qusma, zəiflik və yüksək hərarət kimi əlamətlər var. Alanyadakı özəl klinikalarda oxşar simptomlarla turist axını müşahidə olunur. Belekdə də zəhərlənmə halları qeydə alınıb. İyulun sonlarında türkiyəli həkimlər turistləri təhlükəli xəstəliklərə, o cümlədən vəbaya səbəb ola biləcək “Vibrio” bakteriyasına yoluxma riski ilə bağlı xəbərdarlıq ediblər.

Bildirilib ki, Mərmərə, Egey və Aralıq dənizləri sahillərində Vibrio parahaemolyticus və Vibrio vulnificus bakteriyalarının DNT-si aşkarlanıb”, – deyə kanalda yazılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*