Ruslar Ukrayna müharibəsində görün nəyə ümid edir?backend

Ruslar Ukrayna müharibəsində görün nəyə ümid edir?

Rusiyanın Ukraynaya təcavüzü davam edir. İki ilə yaxındır davam edən müharibəni həm də Qərblə Rusiyanın qarşıdurması kimi xarakterizə etmək olar. Dəfələrlə Kiyevə səfər edən dünya liderləri müharibəni davam etdirmək üçün Ukraynaya hərbi yardımı davam etdirirlər. Bu dəfə isə avropalı və amerikalı nazirlər Kiyevə toplaşırlar. “Qərbin taktiki planı olduğu kimi qalır və Ukraynaya hərbi yardımın çatdırılması davam edir”.

KONKRET.az xəbər verir ki, bunu “Komsomolskaya Pravda” radiosunda Hərbi-Siyasi Münaqişələrin Öyrənilməsi Mərkəzinin rəhbəri Andrey Klintseviç deyib:

“NATO Ukraynaya 155 mm çaplı 2380 artilleriya mərmisi vəd edir. Amma biz 155 mm kalibri elə də ciddi qəbul etmirik. Bunların 14 növü var və hamısı fərqlidir. Buna görə də NATO hərbi komitəsinin rəhbəri Rob Bauer hökumətlərə müraciət etmək məcburiyyətində qaldı. O bildirdi ki, bu fərqliliyi aradan qaldırmaq üçün birlikdə işləməliyik.

Avropa İttifaqının hərbi fabrikləri yüksək texnologiyalı, bahalı məhsullar üzərində cəmlənib. Heç kim tanklardan, avtomobillərdən, təyyarələrdən və mərmilərdən bu qədər istifadə ediləcəyini gözləmirdi. Sadaladığımız hərbi texnikanın istehsalı bahalı və çətindir. Biz tökmə zavodlarına sərmayə qoymalıyıq, gələn il milyon mərmi lazım olanda onların istehsalına heç kim zəmanət verə bilməz. Buna görə də emalatxanalar boş dayanmağa məcbur olacaq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*