Bu gün Xersonda bir neçə partlayış səsi eşidiblər.
KONKRET.az xəbər verir ki, rus qoşunlarının hücumlarından birinin hədəfi xəstəxananın doğum şöbəs olub.
Bu barədə Ukrayna prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenko məlumat verib.
O qeyd edib ki, hazırda müəssisədə 5 qadın pasient var.
“Möcüzəvi şəkildə, heç kim xəsarət almayıb” deyə Timoşenko bildirib.
Günel Mikayılova,
KONKRET.az