Ruslar Zaporojyeyə hücum etdi: Yaralılar varbackend

Ruslar Zaporojyeyə hücum etdi: Yaralılar var

Sentyabrın 6-da axşam saatlarında rus işğalçıları Zaporojyeyə PUA-larla hücum ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb .

“Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından bir nəfəri xilas edib. İlkin məlumata görə, daha iki nəfər xəsarət alıb. Yaşayış binaları və uşaq bağçası qismən dağılıb, 80 kvadratmetrə yaxın yanğın baş verib”, – məlumatda bildirilib.

Eyni zamanda, Zaporojyenin rəhbəri İvan Fedorov bildirib ki, Rusiya ordusu ən azı 7 PUA ilə zərbə endirib, nəticədə şəhərdə bir neçə yanğın baş verib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*