Rusları poçtalyonlar müalicə edəcək – ƏTRFALIbackend

Rusları poçtalyonlar müalicə edəcək - ƏTRAFLI

Kənd poçt şöbələrində təcili tibbi yardım məntəqələri açılacaq və onların işçiləri xəstəlikləri aşkarlayacaq və tibbi prosedurlar həyata keçirəcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, kənd idarələrindəki poçtalyonlar feldşer və ya kitabxanaçı kimi işləmək üçün xüsusi təlim keçəcəklər. Oxşar təşəbbüslər artıq bir neçə regionda sınaqdan keçirilir və Rusiyanın bütün ərazisində genişləndirilməsi planlaşdırılır.

“Biz poçt şöbələrinin bağlanmasına icazə verə bilmərik. Biz kənd yerlərində poçtu qoruyub-saxlamağın yollarını axtarmalıyıq. Bölgələrdə filialların məntəqələri və təcili tibbi yardım şöbələri ilə birləşdirilməsi təcrübəsi var. Və təbii ki, kadr çatışmazlığını və aşağı maaşları aradan qaldırmaq şərtilə”, – deyə Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin üzvü İvan Evstifeyev bildirib.

“Rusiya Poçtu”nun baş direktoru Alan Kozonov isə bildirib ki, feldşer məntəqəsi ilə poçtun birləşməsində böyük perspektivlər görür. Bənzər bir layihə – “Sağlamlıq poçtalyonları” – artıq Ulyanovsk vilayətində istifadəyə verilib. Tibbi təhsili başa vurduqdan sonra poçt işçiləri sadə tibbi prosedurları yerinə yetirə və xarakterik əlamətlər əsasında təhlükəli xəstəlikləri müəyyən edə bilərlər.

Martın əvvəlində Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, Rusiyada 30 min həkim çatışmır. Hökumət başçısı Mixail Mişustinə müraciət edən Volodin qeyd edib ki, hazırda ölkədə xəstəxanalar tikilir, lakin orada işləyə bilən yoxdur. “Bu gün getdikcə daha çox gözə çarpan böyük problem tibb işçilərinin olmamasıdır”.

Rusiya Federasiyasının 17 bölgəsində həkimlərin ən aşağı səviyyədə olduğu qeyd edilib, anestezioloq-reanimatoloqlar, psixiatrlar, narkoloqlar və nevroloqlar kifayət deyil. Həmçinin neonatoloq, ginekoloq, otolarinqoloq, oftalmoloq və pediatr çatışmazlığı var.

2022-ci ildə Rusiyada ilkin tibbi yardım göstərən həkimlərin 60%-i yox idi və bu problem daha çox kənd yerlərində nəzərə çarpırdı. Bölgələrdə həkim çatışmazlığının əsas səbəbi kimi gənc mütəxəssislərin 30 faizinin əməkhaqqının az olması səbəbindən işdən çıxarılması, eləcə də yaşlı nəsil həkimlərin təqaüdə çıxması göstərilib.

Problemi aradan qaldırmaq üçün Səhiyyə Nazirliyi tibb tələbələrinin məzun olduqdan dərhal sonra bölgələrə paylanması ilə bağlı sovet sistemini canlandırmaq qərarına gəlib və həmçinin 2025-ci ildən tibb mütəxəssisləri üçün “vahid əmək haqqı sistemi” tətbiq edəcəyini vəd edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*