Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTsIOM) veb saytında rusların 2020-ci ildə ən çox xatırlayacaqları hadisələrlə bağlı anket-sorğu keçirib. Anket-sorğuda 1,6 min respondent iştirak edib. 2020-ci ilin əsas beynəlxalq hadisəsi kimi ruslar koronavirus pandemiyasını (42%), Dağlıq Qarabağdakı hərbi əməliyyatların Rusiyanın vasitəsilə sülhün bərqərar olması (28%), Rusiya Federasiyası Konstitusiyasına düzəlişlərin qəbulu (25%), COVİD-19-a qarşı dünyada ilk peyvəndin hazırlanması (% 25) və Belarusiyada seçkilər (% 23) dəyərləndiriblər.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki: “Ruslar üçün ilin siyasətçisi Vladimir Putin olaraq qalır – respondentlərin 38% -i onu seçib. Sonrakı yerləri Mixail Mişutsin (17%), Sergey Soyqu (15% ), Sergey Lavrov (9%) və Vladimir Jirinovski (7%) və başqaları çox tutublar”.
KONKRET.az