Rusların daha bir “Alliqator”u məhv edildibackend

Rusların daha bir "Alliqator"u məhv edildi

Ukrayna hərbçiləri ruslara məxsus Ka-52 “Alliqator” helikopterini məhv edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Əsgərlərimiz düşmənin “Alliqator” kimi tanınan daha bir bahalı Ka-52 hücum helikopterini məhv edib”, – açıqlamada deyilir.

Baş Qərargah helikopterin cəbhənin hansı istiqamətində vurulduğunu açıqlamayıb.

Qeyd edək ki, Ka-52 Rusiyanın yeni nəsil kəşfiyyat-hücum helikopteridir. Hava vasitəsi döyüş meydanında zirehli və zirehli olmayan texnika, canlı qüvvə və hava hədəflərini vurmaq qabiliyyətinə malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*