Rusların komanda məntəqəsi “görünməz” dronla vuruldubackend

Rusların komanda məntəqəsi “görünməz” dronla vuruldu

Mariupol yaxınlığında rus ordusunun komanda məntəqəsi qəfil hücuma məruz qalıb. Belə hücumlar hər zaman olur, lakin bu, hücum tamam başqa idi.

KONKRET.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” kanalı hərbi mənbələrə istinadla məlıumat yayıb.

“Bu, dron hücumu idi. Amma bu, nə radarlarda qeydə alınıb, nə də səsi hiss olunmayıb. Zərbə ağrılı olub. Təəssüf ki, ölən zabitlər var”, – mənbə bildirib.

Məlumata görə, sözügedən komanda məntəqəsinə Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Andrey Mordviçev gəlməli imiş. Lakin son anda plan dəyişib.

Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*