Rusların sərvətinin dörddə biri xaricdədir – ABŞ şirkətibackend

Rusların sərvətinin dörddə biri xaricdədir – ABŞ şirkəti

Rusların özəl sərvətlərinin, yəni maliyyə aktivlərinin həcmi 1,6 trilyon dollardır. Eyni zamanda, bütün yığımların dörddə birindən çoxu xaricdədir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RBK telekanalı “Boston Consulting Group” (BCG) şirkətinin araşdırmasına istinadən yayıb.

Rusların şəxsi sərvəti son bir ildə ÜDM-in 90 faizinə bərabərdir. Son 20 ildə 16 dəfə artıb, ancaq 2014-cü ildən bəri böyümə yavaşlayıb.

BCG şirkəti ev təsərrüfatlarının maliyyə aktivlərini qiymətləndirmək üçün Rusiya Mərkəzi Bankının məlumatlarından istifadə edib. Oktyabrın 1-nə olan məlumata görə, aktivlər 72 trilyon rubla və ya 1,1 trilyon dollara çatıb. Beləliklə, məcmu məlumatları nəzərə alsaq, xarici aktivlərdə təxminən 440 milyard dollar vəsait saxlanılır.

Şirkət gələcək aktivlərin yığılması üçün bir neçə ssenari tərtib edib.  Koronavirus pandemiyasından sonra sürətli bir geriləmə baş verərsə, 2024-cü ilə qədər rusların sərvəti 2,2 trilyon dollara çatacaqdır. Əgər bərpa yavaş olarsa, o zaman iki trilyonda dayanacaqdır.

Daha əvvəl bildirilirdi ki, 2020-ci ildə ən varlı ruslar koronavirus pandemiyası və neftin qiymətinin düşməsi fonunda on milyardlarla dollar itirib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*