Azərbaycan yazıçısı, nasir, dramaturq, senarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyov vəfat edib.
Bu barədə KONKRET.az-a Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib.
O bildirib ki, R.İbrahimbəyov dünən axşam Moskvada dünyasını dəyişib:
“Ailəsinin bizə verdiyi məlumata görə, kinorejissor Vətəndə dəfn olunacaq”./report/