backend

Rüşvət alan daha bir məmur həbs edildi

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kvemo Kartli bölgəsi üzrə regional bölməsinin baş mütəxəssisi saxlanılıb.

KONKRET.AZ Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs elektro şok aparatından istifadə etməklə qanunsuz balıq ovlanması üçün Azərbaycan vətəndaşından 1000 lari məbləğində rüşvət alıb.

Faktla bağlı istintaq aparılır.

Saxlanılan şəxsi 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*