Şimali Atlantika Alyansı Cənubi Koreyada baş verən daxili siyasi hadisələrin onun Ukraynaya dəstəyinə təsir etməyəcəyinə ümid edir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte alyansın xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, “NATO Cənubi Koreyanın Ukraynaya dəstəyinin dəyişməyəcəyini gözləyir”.
Rutte Koreya Respublikasında hərbi çevriliş cəhdi ilə bağlı hər hansı başqa şərh verməkdən imtina edərək, yalnız ölkənin NATO-nun Asiyadakı əsas müttəfiqlərindən biri olduğunu bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az