Saakaşvili: “Gürcüstanda baş nazir olmağa hazıram, ancaq cəmi iki il”backend

Saakaşvili: “Gürcüstanda baş nazir olmağa hazıram, ancaq cəmi iki il”

Mixail Saakaşvili Gürcüstanın baş naziri olmağa hazır olduğunu, yalnız iki il müddətinə seçiləcəyini deyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Novosti-Georgia” nəşri yayıb.

O, gəlişinin Gürcüstanda “qarşıdurma və nizamsızlıq” yaratmayacağı təqdirdə baş tutacağını vurğulayıb.

Ötən gün axşam Ukraynada olan Gürcüstanın keçmiş prezidenti Facebook səhifəsində bir video mesaj göndərib və müxalifətin 31 oktyabrda keçiriləcək parlament seçkilərində qalib gələcəyi təqdirdə Gürcüstanın siyasi həyatındakı iştirakını necə gördüyünü izah edib.

“Milli Hərəkat Partiyası və bir çox digər insanlar məndən hökumət başçısı, Gürcüstanın Baş naziri olmağımı istədi. Mən bu barədə çox düşünürəm və demək istəyirəm ki, bu funksiyanı öz üzərimə götürməyə hazıram, ancaq hakimiyyətə gəlmək üçün və ya hakimiyyətdən darıxdığım üçün deyil. Demək istəyirəm ki, tam müddətli deyil, maksimum iki il baş nazir olacağam, çünki bu iki il ölkəni bataqlıqdan çıxarmaq və sürətlə irəliləmək üçün kifayət edəcəkdir. Mən buna əminəm.

Bunu öz üzərimə götürməyə və həftənin yeddi günü 24 saat işləməyə hazıram və bilirsiniz ki, fərqli baxışlı insanlarla birlikdə ölkəmizi çox geniş bir cəbhədə xilas edə bilərəm.

Çox adam məndən Gürcüstana nə vaxt gələcəyimi soruşur. Heç bir şəkildə qarşıdurmaya və iğtişaşlara səbəb olmayacağı bir vəziyyətdə gələcəyəm. Çünki hər şeyin dinc olması çox vacibdir, vaxtilə hakimiyyəti dinc yolla ötürdüm və iğtişaşlarla hakimiyyətə gəlmək fikrində deyiləm.

Ancaq hamımız bir fikirdəyik ki, Gürcüstanı xilas etmək lazımdır. Buna görə də məsuliyyətdən qaçmıram və mütləq sevimli vətənimizi – Gürcüstanı birlikdə ayağa qaldıracağıq” deyib Saakaşvili.

Bu gün Tbilisidə Mixail Saakaşvilinin Birləşmiş Millət Hərəkatı (BMH) partiyasından və “Güc birlikdədir” müxalifət partiyalarının birliyindən baş nazir vəzifəsinə namizəd göstəriləcəyi açıqlanıb.

Hal-hazırda Saakaşvili Ukrayna vətəndaşıdır, maydan bəri Prezident Vladimir Zelenski hökumətindəki islahatların icraiyyə komitəsinə rəhbərlik edir.

Saakaşvili 2004-cü ilin yanvarından 2013-cü ilin noyabrına qədər Gürcüstanın prezidenti olub. İkinci prezidentlik müddətini tamamilə başa vurduqdan dərhal sonra ölkəni tərk edib. Onsuz da “Gürcü Arzusu” hökuməti dövründə Saakaşvili səlahiyyətlərindən sui-istifadə və siyasi rəqiblərinə qarşı təqiblərdə günahlandırılıb. Ona qarşı dörd cinayət işi açılıb, onlardan ikisi haqda hökm çıxarılıb.

Gürcüstanın üçüncü prezidenti vətəninə dönmək niyyətini dəfələrlə açıqlayıb. Hər dəfə “Gürcü Arzusu”nun liderləri və hökumət üzvləri bu cür açıqlamalara çox sərt reaksiya göstəriblər. 2015-ci ildə Gürcüstan vətəndaşlığından məhrum edilmiş eks-prezident həbslə təhdid edilir.

Gürcüstanda parlament seçkiləri 31 oktyabrda keçiriləcək.

Rəsmi prosedura görə, seçkilərdə ən çox səs alan partiya baş nazirliyə namizəd təqdim edir. Bu namizədlik uğursuz olarsa, prezident parlamenti buraxmaq və yeni seçkilər təyin etmək hüququna malikdir. Yeni seçkilər yalnız parlamentin iki həftə içində parlament üzvlərinin 1/3 hissəsini təmsil etdiyi baş naziri təsdiq edə biləcəyi təqdirdə baş tutmayacaq.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*