Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bədənində ağır metalların olub-olmaması ilə bağlı müayinədən imtina edib.
KONKRET.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Şalva Xaçapuridze məlumat verib.
O bildirib ki, sabiq prezident yalnız amerikalı və ya avropalı həkimlərin iştirakı ilə testlərdən keçməyə hazırdır.
“Saakaşvili bu yaxınlarda bədənində ağır metallarla zəhərlənmə olmadığını bildirən “Vivamed” klinikasının və penitensiar xidmətin həkimlərinə etibar etmir”, – vəkil bildirib.
Qeyd edək ki, Mixeil Saakaşvili ötən il sentyabrın 29-da gizli şəkildə Gürcüstana gəlib. Oktyabrın 1-də o, Tbilisidə saxlanılıb, bundan sonra Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib.
İqbal Rzayev,
KONKRET.az