“Saakaşvili ölərsə, Gürcüstanın Aİ-yə üzvlüyü təsdiqlənməyəcək”backend

“Saakaşvili ölərsə, Gürcüstanın Aİ-yə üzvlüyü təsdiqlənməyəcək”

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili həbsdə ölərsə, Gürcüstanın Aİ-yə üzvlük ərizəsi təsdiq edilməyəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu  Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yaçek Saryuş-Volski tviter hesabında qeyd edib.

“Saakaşvilinin azad edilməsi ilə Gürcüstanın Aİ-yə daxil olması arasında paralellər mövcuddur. Hər ikisi bir-birindən ayrılmazdır. Keçmiş prezident həbsdə ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ-yə üzvlüyünə səs verməyəcək”,- deyə deputat yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*