Saakaşvili: “Paşinyan Ermənistanda mənim edə bilmədiyimi etdi”backend

Saakaşvili: “Paşinyan Ermənistanda mənim edə bilmədiyimi etdi”

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanın iş adamı Samvel Karapetyanı həbs etməsini şərh edib.

KONKRET.az xəbər verir ki, o bildirib ki, bu addımla Paşinyan Ermənistanda onun 2011–2012-ci illərdə edə bilmədiyi işi reallaşdırıb:

“Uduzduqları müharibədən sonra Paşinyan erməni İvanişvili – milyarder Karapetyanı həbs etdirdi. Bu, mənim hakimiyyətdə olduğum dövrdə edə bilmədiyim addım idi. Paşinyan rəsmi şəkildə Ermənistanın Avropa İttifaqına üzvlüyü kursunu seçdi”, – deyə Saakaşvili öz Facebook hesabında yazıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*