Saakaşvili: “Saparmurad Niyazov nazirləri it kimi “dördayaqlı” dayanmağı məcbur edirdi” – VİDEObackend

Saakaşvili: "Saparmurad Niyazov nazirləri it kimi "dördayaqlı" dayanmağı məcbur edirdi" - VİDEO

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Türkmənistanın mərhum lideri Saparmurad Niyazovun MDB sammitində nazirlərini lağa qoymaları barədə danışıb.

KONKRET.az xəbər verir ki, hazırda Ukrayna Milli İslahatlar Şurasının icra komitəsinə rəhbərlik edən Saakaşvili bu hadisəni Dmitri Qordonun “YouTube”dakı proqramında xatırladıb.

Tanınmış ukraynalı jurnalistə verdiyi müsahibədə Saakaşvili deyib ki, Türkmənistanın keçmiş prezidenti Niyazov MDB sammitində nazirlərini it kimi “dördayaqlı” dayanmağı məcbur edirdi və onlara konfet verirdi.

Dmitri Qordonun “Türkmənbaşı ilə ünsiyyətdə olubsunuzmu?” sualına Saakaşvili belə cavab verib:

“Prezident S. Niyazov MDB-nin zirvə görüşündə nazirlərini it kimi “dördayaqlı” dayandırdığı və onlara konfet verdiyi haqda bir hadisə oldu. Çox kədərli idi. Bundan sonra çox keçmədən öldü, mən yenə də cənazəyə gəldim, yəni cənazəyə deyil, yenisinin (prezident Qurbanqulu Berdiməhəmmədov) andiçmə mərasiminə gəldim” deyə Gürcüstanın keçmiş prezidenti bildirib.

Saakaşvili əlavə edib ki, bir neçə aydan sonra Türkmənbaşı istehza etdiyi nazirləri həbsə atıb və Türkmənistanın hazırkı prezidenti Qurbanqulu Berdiməhəmmədovu  həbs olunmayan “yeganə nazir” adlandırıb.

“Yeganə tutulmayan nazir (Berdiməhəmmədov) prezidentin diş həkimi olduğu üçün səhiyyə naziri idi. İndi isə o, yeni Türkmənbaşı oldu” deyib Saakaşvili.

Saakaşvilinin məşhur ukraynalı jurnalist Dmitri Qordonla reportajı iyunun 24-də YouTube-da yayımlanıb. 2003-cü ilin noyabr ayında Gül İnqilabından sonra hakimiyyətə gələn Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstan Prezidenti vəzifəsini icra edib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*