Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan-Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh sazişi ilə maraqlı açıqlama verib.
KONKRET.az xəbər verir ki, o, bunu mühüm tarixi hadisə adlandırıb:
“Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalana bilər.
Əliyevlə Paşinyan bir müddətdir ki, danışırlar, lakin ABŞ Prezidentinin müdaxiləsi hər şeyi sürətləndirdi. Bu gün dünya tarixinə Qafqazın Rusiyanın əsarətindən azad olunduğu tarix kimi düşəcək.
Rusiya üç Cənubi Qafqaz ölkəsindən ikisində hegemonluğu rəsmən itirir amma hələ də Gürcüstana nəzarət edir. Lakin bu nəzarət çox çəkməyəcək”.