Saakaşvilidən Paşinyana: “Hörmətli Nikol, qaç canını qurtar”backend

Saakaşvilidən Paşinyana: "Hörmətli Nikol, qaç canını qurtar"

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili  Ermənistanın baş naziri Nikol Paşinyana Rusiya ilə bütün əlaqələri tezliklə kəsməyi tövsiyə edib.

KONKRET.az xəbər verir ki, bu barədə eks-prezident Facebook səhifəsində paylaşım edib.

“Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Yaxşı, Kreml rəhbərliyində erməni konyakını sevənlər özlərini necə məhdudlaşdıracaqlar. Amma bu qadağa Paşinyana siqnal olmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır”, – deyə Saakaşvili qeyd edib.

O, həmçinin, Paşinyana Rusiyadan üz döndərməyi və Avropaya tərəf baxmağı məsləhət bilib.

“Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol, qaç, daha sürətli qaç, canını qurtar, KTMT-dən, Avrasiya İqtisadi  Birliyindən, arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə tərəf get. Amma ən əsası ayağınızı Rusiyadan uzaqlaşdırın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin bulldoq kimidir. Dişlərini sıxana qədər dişləyir və buraxmır. Sağ qalmaq üçün uzaqlaşın. Əminəm ki, hələ də gec deyil. Tərəddüd etməyi və yırğalanmağı dayandırın. Gecikmə ölüm kimidir!”, – deyə Saakaşvili yazıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*