Saakaşvilinin anası Gürcüstanda parlament seçkilərində namizədliyini verəcək? – Tiflisdən açıqlamabackend

Saakaşvilinin anası Gürcüstanda parlament seçkilərində namizədliyini verəcək? – Tiflisdən açıqlama

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya Zuqdidi seçki dairəsində Birləşmiş Milli Hərəkat Partiyasından deputatlığa namizəd ola bilər.

KONKRET.az xəbər verir ki, bunu partiya üzvü Koba Nakopiya Pirveli TV-nin efirində deyib.

Bundan əvvəl “Avropa Gürcüstanı”nın lideri Gigi Ugulava “siyasət bir ailə işi deyil” və Alasaniyanın simvolik bir namizəd olacağını söyləyib.

Bu arada Nakopiyaya görə, qərarı tənqid edənlər seçkilərin məğlubiyyətindən qorxurlar.

Koba Nakopia əmindir ki, Saakaşvilinin anası majoritar sistem altında parlament seçkilərində iştirak edərsə, mütləq qalib gələcək.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 31 oktyabrda keçiriləcək. Ölkədəki seçki kampaniyası artıq rəsmi olaraq elan edilib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*