Saakaşvilinin Gürcüstan Baş naziri vəzifəsinə namizədliyi irəli sürüldübackend

Saakaşvilinin Gürcüstan Baş naziri vəzifəsinə namizədliyi irəli sürüldü

Gürcüstanın “Güc birlikdədir” müxalifət birliyi ölkənin Baş naziri vəzifəsinə keçmiş prezident Mixail Saakaşvilinin namizədliyini irəli sürüb.

KONKRET.az xəbər verir ki, bunu birlikdə təmsil olunan “Milli Birlik Hərəkatı” Partiyasının sədri Qriqol Vaşadze brifinqdə deyib.

Onun sözlərinə görə, M. Saakaşvili ölkəyə qayıtmalı və xalqla görüşməlidir: “Bu səbəbdən partiyamız və orada təmsil olunan bütün digər qurumlar onun Gürcüstanın Baş naziri vəzifəsinə namizəd göstərilməsi barədə qərar qəbul ediblər”.

Müxalifətçi qeyd edib ki, eks-prezident bu gün Gürcüstana qayıtmaq üçün ətraflı bir plan təqdim edəcək.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*