“Eks-prezident Mixail Saakaşvilinin Ukrayna ordusu sıralarında döyüşən tərəfdarları inqilab senarisini icra etmək üçün Gürcüstana gəliblər”.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın vitse-spikeri Giya Volski deyib.
“Milli Hərəkat” və Saakaşvilinin bir qrup tərəfdarının Ukraynaya gəldiyini təsdiqləyə bilərik. Gənclik enerjisindən istifadəyə cəhd edən bu döyüşçülər inqilabi prosesin gündəmdən düşməməsinə, nəticədə vətəndaş müharibənin, iğtişaşların yaranmasına çalışırlar”, – deyə o bildirib.