Saatlıda avtomobil 68 yaşlı qadını vuraraq öldürdübackend

Saatlıda avtomobil 68 yaşlı qadını vuraraq öldürdü

Saatlıda avtomobil 68 yaşlı qadını vurub.

KONKRET.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu, Bəylik kəndi ərazisindən keçən 52-ci km-də qeydə alınıb.

1991-ci il təvəllüdlü Həşimov Vüsal Miralı oğlu idarə etdiyi “VAZ-21074” markalı, avtomobil ilə Hacıqabul istiqamətində hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada – 1957-ci il təvəllüdlü Əliyeva Rahilə Babaş qızını vurub. Piyada aldığı xəsarətlər nəticəsində Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*