Sabah Bakıda İsrail və Suriya rəsmiləri arasında görüş keçiriləcəkbackend

Sabah Bakıda İsrail və Suriya rəsmiləri arasında görüş keçiriləcək

Sabah Azərbaycan paytaxtı Bakıda İsrail və Suriya rəsmiləri arasında növbəti görüş baş tutacaq.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Fransanın nüfuzlu xəbər agentliyi AFP yayıb.

Xatırladaq ki, İsrail və Suriya nümayəndələri arasında birinci görüş iyulun ilk yarısında, Suriya Prezidenti Əhməd Əş-Şəraa-nın Bakıya səfəri çərçivəsində keçirilmişdi. Lakin həmin görüşdə prezidentin özü israilli rəsmilərlə birbaşa görüş keçirməmişdi.

Görüşün detalları barədə hələlik ictimaiyyətə açıqlama verilməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*