“Sabah bizi gərgin və önəmli oyun gözləyir” – Ayxan Abbasovbackend

“Sabah bizi gərgin və önəmli oyun gözləyir” - Ayxan Abbasov

“Sabah bizi gərgin və önəmli oyun gözləyir”.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan və İslandiya yığma komandaları arasında oyundan əvvəl Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

O bildirib ki, rəqib üçün bu matç çox vacibdir:

“Futbolçularıma güvənirəm. Rəqib üçün də vacib matç olacaq. Futbolçularıma inanıram və azarkeşlərimizdən dəstək gözləyirəm. İnanıram ki, bizi tək qoymayacaqlar. İslandiya son görüşlərdə yaxşı təsir bağışlayır. İstəyirik ki, komanda olaraq ilk matçda qeydə alınan 0:5 hesablı məğlubiyyəti yaddan çıxaraq. Sabah azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, noyabrın 13-də saat 21:00-da start götürəcək Azərbaycan – İslandiya oyunu “Palms Sports Arena”da (8-ci km stadionu) keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*