Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata əsasən, avqustun 9-da arabir güclənən şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) +27 dərəcədən +28 dərəcəyədək, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) +28 dərəcədən +29 dərəcəyədək olacaq.