Bu gün UEFA Avropa Konfrans Liqasının 2025/2026 mövsümünün II təsnifat mərhələsinin cavab görüşləri keçirilir.
KONKRET.az xəbər verir ki, təmsilçimiz “Sabah” Masazırda yerləşən “Bank Respublika Arena”da Moldova təmsilçisi “Petrokub”u qəbul edir.
İlk oyunda 2:0 hesabı ilə qələbə qazanan “bayquşlar” cavab matçına da üstün başlayıb. Belə ki, ilk hissədən sonra “Sabah” rəqibini 4:1 hesabı ilə məğlub edir.
İlk hissədə vurulan qolları təqdim edirik: